вторник, 6 октября 2009 г.

Qədr gecəsi xətrinə...

əlini cibinə atıb
ovcunu sənə uzadan qadından
bir az ümid aldın...
mən açmadım portmanatı...
qoy tək sənin olsun bu gecənin ovsanatı....

Asandan asan

Asandan asan...
Adam olasan,
Vaxtında işə gələsən...
Vaxtında evə gedəsən...
Axşamlar qızına oyuncaq olasan
Ananı sevəsən doyunca...
Yemək qızdırasan atana...
Qardaşına çay süzəsən...
Qonaq gedəsən qohumlara
hər bazar...
Təbəssümünə mat-mat baxalar ...
Elə bilələr adam olmusan..
Zərif, incə qadın olmusan...