воскресенье, 16 августа 2009 г.

Jalə İsmayıl - Fərhad Mete barədə

Mən də inanmıram...
Kaş yalan ola, kaş Rəbiqəylə zarafat eləmiş ola, onu nə qədər çox istədiyini bilmək üçün...
kaş...
Aldığım xəbərdən özümü itirmiş kimiyəm.
2 dəfə görmüşəm Fərhadı, maraqlı şeirlər yazan Fərhad Meteni.
Bir dəfə salamlaşıb ayrılmışıq, bir dəfə də bir ctəkan çay içmişik. Vəssalam.
Rəbiqənin söhbətlərindən tanıdım daha çox.
Bir də zarafatları yadımda qalıb.
Bizim məşhur bir şairin kitabıyla elədiyimiz zarafatlar.
O işıqlı oğlan daha yoxdu. Olmayacaq. Şeirləri qalacaq. Xatirələri.
Bir də dostları yaşayacaq. Onsuz. Hər görüşəndə ondan danışacaqlar.
Daha əvvəlki dadı-duzu qalmayacaq görüşlərin bu qüssədən.
Axı bizim dost itirən vaxtımız deyil...
vallah deyil...
biz hələ hər şeyi indi yaşamağa başlayırıq...
yaşamaq istəyirik...
bizim payızımız nə tez gəldi belə...?
Allah rəhmət eləsin.

1 комментарий:

  1. Jalə, etiraz etmirsənsə, bu yazını "Ulduz" Fərhad meteyə həsr olunacaq xüsusi buraxılışına və Fərhad metenin kitabına vermək istəyirik...

    ОтветитьУдалить