вторник, 13 октября 2009 г.

Mənə heç nə demə...


Mənə heç nə demə,
tüpürə biərəm hər şeyə -
rahatlığa, xoşbəxtliyə,
deyingən qonşulara, işə,
çoxdan unutduğum keçmişə.
Əvvəl-əvvəl maraqlı gələr,
doğma görünər,
sonra bezdirərəm tələblərimlə.
Məsələn –
hər gün görüşmək istəyərəm…

Mənə heç nə demə,
tüpürə biərəm hər şeyə…
Elə qısqanaram səni,
qapıların şüşəsi sınar.
Heç nə vecimə olmaz –
hardasa bir ürək yıxılar.

Tanıyırsan məni, heç nə demə…
Bilirsən necə amansızam,
Keçmərəm ən kişik səhvindən.
Xoşum gəlməz köynəyinin rəngindən –
qəfildən sərt danışaram hamının yanında…

Mənə heç nə demə…
Ağıla, nağıla, noğula aldanmaram –
hamının yanında öpərəm üzündən.
sənin üzündən
tüpürə bilərəm hər şeyə…
Gündüzə, gecəyə, səhərə nifrət edərəm
sən yanımda olmayınca…

Unutmayasan deyə
şəklimi qoyaram cibinə.
Tezdi-gecdi bilmərəm –
gecəyarı zəng gələr evinə.

Tüpürə bilərəm hər şeyə…
Nəyə? – niyə sayım –
Məni tanıyırsan.
Özün anlayırsan…

Mənə heç nə demə…



Şəklin müəllifi Nazim Şahdır