R. üçün
1.
«Polkovnikə heç kim yazmır». O yaman darıxır.
İstidir, bürküdür, kitablar rəfdə yatır.
Uyğurları yenə də qırırlar. Gücsüzdü, əgər desəm ki, çox təəssüf.
Təəssüf, sonadək oxunub bitmir «hərb və sülh».
Hər şey bərkiyib, daşlaşıb. Qəlblər də. Yarpaq belə tərpənmir.
İstidə anlayırsan ki, alovdan daha yaxşı heç kim bilmir
«polad necə bərkidi»? Necə? Harda? Nə vaxt?
İstidir. Axşamdır. Uğultular artır. Adamlar mürgülüysə də sərvaxt;
eyni, əcayib bir dildə pıçıldaşır hamı.
Adamlar çölüylə «tək»disə, içiylə təqlid edir «izdiham»ı.
Çiliklənən stəkan səsiylə dağılır ətrafa körpənin gülüşü,
bu dəfə havadan başlayır körpə «Çingizxan»ın cingiltili yürüşü.
2
«Polkovnikə heç kim yazmır». «Məktub yetişmədi» ünvanına.
«Barbarları gözləyərkən» zərf qonur giriş qapına:
Borcunuz var. Üstəgəl, üçcə gün də vaxtınız.
Sonra vəhşitək kəsərik. Sönər ocağınız.
İstidir. «Yerli narkoz altındadı hər kəs».
Hamı qabığıyla polis, məmur və çərkəz.
Soyunsaq onları, ayıbsa da, insan(l)ıq, bilinər.
Uniformadan qorxuluymuş vərdişlər və əməllər.
İstidir. «Qar» gözləmək beş ayda puç və əbəs.
«Sağ qalmaq» üçün qaçır hamamda bir kiçik kələz.
Ev sahibinin ayaq səsi yaddan «yad» imiş.
Tavan da göy üzü deyilmiş- anladır «qaçış».
3.
«Yuxunun iziylə» varıb gedib uzaqlığa,
çatmaq istəyirsən gözəl uşaqlığa.
«Uşaqlıq»- ömür səhrasının quzeyidi.
Bağlansa da «məsumluq muzeyidi».
«Polkovnikə heç kim yazmır». Təkcə sən yazırsan.
Niyə sevgi şeiri yazmırsan?- deyə soruşursan.
Sevgi var, şeir var, yazmaq var ikən,
bu donqabel sualda sən, nə görmüsən?
Əziz dostum, mehriban, gözəl bacım, həmkarım.
Qafiyə xətrinə yazsam, yazaram: əfkarım
indi çox qarışıq və çəkir məni keçilmişə.
Məsələn, «min doqquz yüz səksən dördə», beşə.
4.
Onda beş yaşın ancaq olardı.
Bilirəm, hamını sən, hamı səni sevərdi, oxşardı.
Bilirəm, sevgi şeiri nədi, onda heç bilmirdin.
Çöhrənə baxanlar unudurdı bildiyin.
Əminəm, hələ çox şey yazacaqsan.
Şey dediyim - «gözəl şeirlər», hələ çox dadacaqsan.
Əminəm, deyəcəksən, «əlvida, silah», kədər.
Hər şey elə sevgidənmiş…bu qədər…
İstidi. Sözlər quruyur dodaqda.
Ürəyim çat-çat olur otaqda.
«Polkovnikə heç kim yazmır». Rəfdədir.
Çıxır istefaya bütün kitablar və əməllər o tərəfdə.
14-17 iyul
понедельник, 12 октября 2009 г.
Cavanşir Yusiflinin bloqundan...
Qəribədir, mən indi tam başqa bir yazı yazmaq istəyirdim, Rəbiqənin dünən (06.07.08) rastlaşdığım şeiri qəfil yadıma düşdü. Əslində, mən, qəribə gəlməsin, getdikcə yapon, ya çin əlifbasını xatırladan xəttimdən yazmalıydım, üstündən bir neçə gün ötüşəndən sonra özüm də yazdığımı oxuya, oxuyub da anlaya bilmirdim. Yəni, getdikcə yazmaqdan (bu şəkildə yazmaqdan) ayrılmaq gərək. Düşünürsən, beynində, ürəyində “yazırsan”, yazının belə bir “şifahi” forması əlbəttə ki, mütləqa ünvanını tapmalıdır (qəzetdən, jurnaldan, virtual qurğudan fərqli olaraq -!). Nə isə...
Rəbiqə şeirdə qəribə ilmələr işlədir, naxışlar vurur, hərdən elə anları tutur ki (Əli Kərimin “Tolstoyvari” şeirini yada salın....), birdən-birə çox bədbəxt olursan, qəlbinin dibinə kimi sızlayır və ağlayırsan. Belə dəhşətli sızıltı içində anlayırsan ki, illər boyu içindən axan göz yaşlarının içində büsbütün ərimisən, başqa bir şeyə çevrilmisən. Bu halınla o halın indi qarşı-qarşıya durub. Anadillərin səsi gəlir: Tapdın? Tapmadım!
Mən də tapmadım, hərflər yenə pozulmuşdu...
nə vaxtsa hamımızın ürəyi belə döyünüb
hamımız da unutmuşuq həmin vaxtı
amma dünən Allah üzümə baxdı
ürəyimin divarları yumulub açılınca
saydım – kirpiklərini ...

Bizim ilk və son birgə şeirimiz (Qismət, Elvin, Rəbiqə, Fərhad və Vüsal)
Qismət: Dəniz darıxmışdı bir gələnəcən
Elvin: Qabağı alınmaz ayrılıqların
Rəbiqə: Yaxt klub yaxındı arzular uzaq
Fərhad: Ayçiçəyi dalğa dalğa gözümdə
Vüsal: Balıqlar görüşə çağırır məni
Rəbiqə: Anar “Amin” deyir, indi toydadır
Qismət: Əzilmiş atılmış pivə qabları
Elvin: Səni axtarıram qağayı kimi
Vüsal: Günəş də gizləndi batdığı yerdə
Fərhad: Düşər gözümdən yuxular yaş kimi
Rəbiqə: Dikdaban çəkmələr əzir sinəmi
Vüsal: Ehtiyac əlindən şeir yazırıq
Elvin: Hərədən bir avaz çıxır bu yerdə
Fərhad: Çəkilər buludlar səma görünər
Qismət: Insan tək olanda nələr edərmiş

Qismət – Qadın və onun qərarı ("Tarix və dostlar üçün" silsiləsi)
Vaxtilə dost olan ədəbiyyatçıların indiki münasibətlərini görəndə, düşünürəm ki, hər şey ola bilər. Indi eyni komandada olduğumuz bu istedadlı uşaqlarla bir gün şəxsi problemlər yarana, ya elə rəqabət hissi hər şeyə qalib gələ bilər. Lap elə bir gün hansımızsa ədəbiyyatdan biryolluq gedə bilərik – nə fərqli bu yolu könüllü seçəcəyik, yoxsa bizim yerimizə tale (və ya başqaları – təcrübə göstərir ki, belə də olur) qərar verəcək. Hər halda, insanıq və heç nədən sığortalanmamışıq.
Nə üçün bu gün eyni cəbhədə olan istedadlı qələm yoldaşlarım, daha doğrusu, onların şeirləri barədə yazmayım? Bəlkə, bu yazılar qeyri-peşəkar olacaq, amma səmimiyyət başlıca şərtdir. Üstəlik, peşəkarlıq təcrübədən doğulur, belə deyil?
Başlayıram. Bu, həm də dostlarmızdan birinin - Anar Aminin dediyi kimi, ədəbiyyat tarixində (local belə olsa) qalmaq üçün kiçik və alternativ cəhd kimi qiymətləndirilə bilər. Nə fərqi uğurlu, ya uğursuz, cəhd elə cəhd olduğu üçün qiymətlidir...
Niyə ilk Qisməti seçdim? Istedad ölçü meyarı deyil, heç onun aramızda ən mütaliəli olmasının da bu dəqiqə məsələyə birbaşa dəxli yoxdur. Hərçənd ki, başqa bir vaxt və bir başqa yazıda mən məhz bu məqamdan başlaya bilərdim və bu, yəqin ki, daha ədalətli olardı. Və ya “Qismət həm də şeirdə eksperimentlərdən qorxmayacaq qədər cəsarətlidir” yaza bilərdim. Yaxud son illər heca şeirində “var-gəl” edən gənclər arasında onun xüsusi fərqləndiyini də qeyd edə bilərdim. Məsələn, bu cür: “Qismət sadə, dəbdəbəsiz cümlələrlə ictimai problemləri qabarda bilir. Etirazını süni pafosla bildirmir, didaktikadan qaçır, şeirimizdəki şablon fəlsəfə dərslərini təkrarlamaqdan imtina edir” və s. və i.a.
Qismətin publisitikasındakı məziyyətlərdən də danışmaq, onun dünya şeirindən maraqlı tərcümələr etdiyini xatırlatmaq da olardı.
Amma indi yazacağım yazı üçün bütün bunların elə bir əhəmiyyəti yoxdur. Sadəcə, ona görə ki, Qismətdən başlayıram ki, kimdənsə başlamaq lazımdı…
Bəzən olur ki, aylarla kiminsə bir misrası beynində dolaşır, onun ritmi ilə yeriyirsən, onun ritmi ilə düşünürsən, danışırsan. Şeiri nə qədər sevsəm də, misralar nadir hallarda yadımda qalır. Təxminən bir-iki ay əvvəl necə oldusa, özüm özümə təəccübləndim. Hökumət Evinə gələndə də, gedəndə də dodağımın altında Qismətin Əli üçün yazdığı
“Keçilmişi keçə-keçə,
bina-bina, küçə-küçə,
çəkə-çəkə, içə-içə
ölmək istəmirəm, dostum”
misralarını pıçıldayırdım və az sonra onun yerini Feyziyyənin şeirlərindən birində işlənən təkrir tuturdu:
“Bilirsənmi, sən haqlıydın, əslində,
hər şey vədəsində bitməliydi, vədəsində” .
Elə yazılar da vədəsində yazılmalıdı. -)) Keçək mətləbə.
Qismətin “Qadın və onun qərarı” şeirindən danışmaq istəyirəm. Əlbəttə, hörmətli oxucu sual edə bilər ki, niyə məzh bu şeir? Deyim: çünki bu, Qismətin ən çox mübahisəyə səbəb olan şeiridir. Çünki bu şeiri çox zaman düzgün qiymətləndirmirlər. Çünki burada olduqca maraqlı mövzuya olduqca maraqlı yanaşma var və bu maraqlı yanaşmanı Qismət uğurla şeirə gətirə bilib. Çünki…
Birinci bənd təsvirlə başlayır. Qadın kirayə qaldığı evin pəncərəsindən yola boylanır – deməli, ən azı darıxır. Birinci misradakı üç nöqtə bu sıxıntı hissini daha da gücləndirir. “Küçədə cütləşən itlərin səsi” mənzərəni bir az da kədərli edir. Amma Qismət burada dayanır və diqqəti “oyanmış şirin balaya” çəkir. Əslində, qadının görməli olduğu ən maraqlı mənzərə yanındadır. Amma biz çox zaman yanımızdakıları görməyəcək qədər dərdli hesab edirik özümüzü…
Bu qadın kimdir? Təsadüfi cinsi əlaqədən doğulan övladıyla kirayə evdə qalmağa məcbur olan fahişəmi ya aldadılmış sadəlövh qızmı? Dilənçimi və ya sadəcə, bir ömür boyu yürüyəcəkləri yolun ilk addımlarındaca atılan qadınmı, yoxsa ərini müharibədə itirmiş gəlinmi? Bunları bilmirik, Qismət bu barədə danışmır. Şeir özü isə bu barədə müxtəlif variantlarda düşünməyə əsas verir. Bircə şey dəqiqdir – bu evdə o körpəsi ilə təkdir və darıxır, üstəlik, onun körpəsi acdır, deməli, məntiqlə, uşağı doyurmaq dərdi artıq darıxmağı arxa plana keçirməlidir və yəqin ki, keçirir də.
Uşaq acından yata bilmir, amma bəlkə də, onun yuxusuna haram qatan da anasının narahatlığıdır -bunu heç Qismət də bilmir…
Soyuq gündə bomboş səkiyə baxıb ancaq “ah” çəkmək olar, aydındır. Bəs, tilov kimi səkiyə uzanan gözlər kimi axtarır? Müştərini, ərimi, tənha qadın üçün haradansa peyda olacaq sevgilinimi, yoxsa sadəcə dərdə şərik çıxa biləcək dostu, rəfiqənimi… Yoxx, sən demə, qadın ümid axtarır və onun nə şəklində olmasının, onu kimin gətirəcəyinin elə bir əhəmiyyəti yoxdur.
Bu vaxt uşaq (ən böyük ümidin özü) ağlayır. Qadın narahat olur, gözlərini küçədən yığıb beşiyə tərəf yüyürür, körpəni qucağına alır. Növbəti bənddə qadının “sus, səsini kəs” deyə uşağa qışqırdığını eşidirik. Bu o deməkdirmi ki, qadın övladını sevmir? Qətiyyən. Əks halda, onun ağlamağından narahat olmazdı. Sadəcə, uşağın acından ağladığını bilən ana çarəsizdir, ona vermək üçün bir şeyi yoxdur, o, körpəsinə deyil, vəziyyətinə, taleyinə qəzəblidir. Əslində, onun söyüşlərinin də ünvanı körpə deyil – özünün çarəsizliyidir. Söyüş zəncirinin körpədən başlayıb itlərədək uzanması da buradan qaynaqlanır.
Şübhəsiz, şeirin birmənalı qarşılanmamasına səbəb olan məqam altıncı bənddə gizlənir. Qadın həddini unudub, insanlıqdan çıxıb, artıq Allahı söyməyə və qarğışlamağa başlayır. Nədir bu? Qismətin mövqeyimi?.. Yox, sadəcə güclü müşahidə və duyum…
“Allah bu Allahın evini yıxsın!” Əslində, maraqlı, unikal tapıntıdır. Qadın Allahın özündən də Allaha tapınır və yalnız qəzəb ona öz daxilindəki inamı hiss etməyə imkan vermir…
İtlər Allahın adını eşidib susur, körpə itlərini səsinin kəsildiyini. Allah da susur, qəzəbini qadına deyil, şimşəyin səsinə çevirir, qadın onsuz da cəzalıdır – səhərədək “hürəcək”.
Qismət şeir boyu qəhrəmanının işinə qarışmır, onu yönləndirmir, yalnız sonda münasibətini bildirir ki, bu da artıq müəllifi sığortalayır (Allah qəzəbindən sıxar dişini,
Şimşəyin səsiylə qışqırıb ,gedər.
Itlərin yarımçıq qalan işini,
bu gecə qadına tapşırıb, gedər...) .
Niyə “sığortalayır” yazdım? Çünki fikrimcə, bəzi şeylər var ki, onlardan yazanda olduqca ehtiyatlı olmalısan. Həyatdakını, yüzdə yüz olmuşu təsvir etdikdə belə. Inanclı adamın fikrincə,Allahı söyən qadınla bağlı epizodu qələmə alan Qismət haradasa günah işlədir, hərçənd sonda müəllifin münasibəti ortaya çıxır.
İlk baxışdan belə gəlir ki, Qismət qadının münasibətini və Allahın reaksiyasını vermək istəyib və şairin missiyası da “itlərin yarımçıq qalan işinin qadına tapşırıldığını” söyləməklə bitir. Bəs qadının faciəsi? Siz heç təmtək, pulsuz və işsiz qaldınızmı, körpəniz acından ağladımı?..
Qismət, fikrimcə, daha çox bunu göstərmək istəyib və göstərib də.
Bədii keyfiyyətlərinə gəlincə gəlincə, mətn belə tapıntılarla zəngindir – tilov gözlər, qarmağa keçməyən ümid, qadının itə dönüb itləri söyməsi və və i.a. Amma bu başqa yazının, başqa söhbətin mövzusudur...
Bu da həmin şeir.
http://www.a-eqo.azeriblog.com/2009/01/02/qadin-ve-onun-qerari-qismet

Подписаться на:
Сообщения (Atom)