Qəribədir, mən indi tam başqa bir yazı yazmaq istəyirdim, Rəbiqənin dünən (06.07.08) rastlaşdığım şeiri qəfil yadıma düşdü. Əslində, mən, qəribə gəlməsin, getdikcə yapon, ya çin əlifbasını xatırladan xəttimdən yazmalıydım, üstündən bir neçə gün ötüşəndən sonra özüm də yazdığımı oxuya, oxuyub da anlaya bilmirdim. Yəni, getdikcə yazmaqdan (bu şəkildə yazmaqdan) ayrılmaq gərək. Düşünürsən, beynində, ürəyində “yazırsan”, yazının belə bir “şifahi” forması əlbəttə ki, mütləqa ünvanını tapmalıdır (qəzetdən, jurnaldan, virtual qurğudan fərqli olaraq -!). Nə isə...
Rəbiqə şeirdə qəribə ilmələr işlədir, naxışlar vurur, hərdən elə anları tutur ki (Əli Kərimin “Tolstoyvari” şeirini yada salın....), birdən-birə çox bədbəxt olursan, qəlbinin dibinə kimi sızlayır və ağlayırsan. Belə dəhşətli sızıltı içində anlayırsan ki, illər boyu içindən axan göz yaşlarının içində büsbütün ərimisən, başqa bir şeyə çevrilmisən. Bu halınla o halın indi qarşı-qarşıya durub. Anadillərin səsi gəlir: Tapdın? Tapmadım!
Mən də tapmadım, hərflər yenə pozulmuşdu...
nə vaxtsa hamımızın ürəyi belə döyünüb
hamımız da unutmuşuq həmin vaxtı
amma dünən Allah üzümə baxdı
ürəyimin divarları yumulub açılınca
saydım – kirpiklərini ...
Комментариев нет:
Отправить комментарий