Qüssə bu gün həddini aşar,
Şəklini çəkər pəncərəmə.
Ölüm bir gün də yaxınlaşar,
Ömür bir gün də qısılar mənə.
...
İşıq salar Ay qorxulara,
Dalğa-dalğa qırılar dəniz.
Nə danışıb görən sulara
Hündürboylu o qarabəniz?
***
Gecə aşiq olmaq xəyala
bir az axmaqlıqdı, bilirəm.
Darıxıram, məni qınama,
keçər, şıltaqlıqdı bilirəm