среда, 7 октября 2009 г.

***

Qüssə bu gün həddini aşar,

Şəklini çəkər pəncərəmə.
Ölüm bir gün də yaxınlaşar,
Ömür bir gün də qısılar mənə.

...
İşıq salar Ay qorxulara,
Dalğa-dalğa qırılar dəniz.
Nə danışıb görən sulara
Hündürboylu o qarabəniz?
***

Gecə aşiq olmaq xəyala
bir az axmaqlıqdı, bilirəm.
Darıxıram, məni qınama,
keçər, şıltaqlıqdı bilirəm

2 комментария:

  1. Salam,..
    Bu darıxmaqdan başqa bir iş gəlmir əlindən?(gülür)..
    Yaman qüssəlidi, acığım tutur deyə buna görə "yaxşı şeirdi" demirəm... İlk oxuduğumda da eyni səbəbdən susdum.. Burax bu qüssənin ətəyini daha..

    ОтветитьУдалить