O məni evə ötürürdü. Qırmızı rəngli marşrut avtobusu tərpənirdi, minmədim.
Ağacın altında dayanmışdıq. Nə üçünsə xətrimə dəymişdi. Ağlayırdım.
Könlümü almaq üçün uzaqdan gələn tramvayın əsrarəngiz qığılcımlarına işarə edib, “Sənə tramvay alacağam, ağlama” dedi. Inanmaq istədim.
Indi də bunu özümə bağışlaya bilmirəm. Axı mən bilirdim, onun buna gücü çatmayacaq. O zaman mənim üçün əsas olan onun bunu etmək istəyi idi. Həmişə sözə ciddi yanaşdığımdan, bilmirdim - ONLAR ÇOX ZAMAN DANIŞMAQ XATIRINƏ DANIŞIRLAR və belə anlarda sözlərinin ciddi qəbul edilməyini sevmirlər. O zaman da mənim üçün söz hər şey idi və bunu sevdiyim kişi deyirdisə... (Mən indi də onların fərqli olduqlarına inanıram... axmaq kimi...)
Bir il sonra tramvay xətlərini sökdülər. O zaman əlamətlərə inanmırdım. Sonra başqa əlamətlər də gözlərimə girmək istəyəcəkdi. Qaranlıq otaq, itirilmiş qolbaq, girov qoyulmuş üzük...
Mən İnsanın hər şeydən güclü olduğunu düşünürdüm. Taledən də...
Nə qədər təkəbbürlü və nə qədər sadəlövhdüm. Heç indi də dəyişməmişəm...
Hələ də əsl tramvayı nə vaxtsa tapacağıma və bugünədək daddığım hər şeyi unudacağıma ümid edirəm..
Dushundurucu yazi idi. Chox qussalandim.
ОтветитьУдалитьTəşəkkür, Arami...
ОтветитьУдалить