Asandan asan...
Adam olasan,
Vaxtında işə gələsən...
Vaxtında evə gedəsən...
Axşamlar qızına oyuncaq olasan
Ananı sevəsən doyunca...
Yemək qızdırasan atana...
Qardaşına çay süzəsən...
Qonaq gedəsən qohumlara
hər bazar...
Təbəssümünə mat-mat baxalar ...
Elə bilələr adam olmusan..
Zərif, incə qadın olmusan...
Комментариев нет:
Отправить комментарий