среда, 26 сентября 2018 г.
Xoş gündə yazılan yazı
Ağrı və kədərdən yoğrulduğunu düşündüyümüz ömrümüzün böyük bir qismini əslində hissiz yaşayırıq. Yəni xatırladığımız "ən"lərin içində yalnız sarsıntılar parlaq, rəngli, böyük görünür. Gözə girir deyək. Hə, indi düşünürəm ki, bir az da haqsızlıqdı - elə bil ağrının, qüssənin, kədərin, sarsıntının antonimi yoxdur. Heç bir pozitiv enerji daşıyan söz onlarla rəqabətə girə bilmir, elə ill cəhddəcə uduzur. Məsələn, mən "faciəvi" sözünün daşıdığı energetikanı heç bir xoşbəxt sözcüklə əvəz edə bilmirəm. Tərəzinin gözləri arasında balans pozulur. Sevinc sanki həmişə və hər yerdə kədərə uduzur.
Stop!.. Birinci etiraz:
Bu mövzuda nə qədər obyektiv ola biləcəyimi düşünürəm və əks arqumentləri sözə köçürə bilmirəm. Uduzan, bəlkə də, sevinc deyil. Elə mənəm.
Stop! İkinci etiraz:
Dərhal başlangıca qayıtmaq istəyirəm. İnsan həyatında barmaqla sayılası günlər olur ki, onlarla bütün ağrıları, kədəri, xroniki yorğunluğu, ümidsizliyi ört-basdır eləmək olur. Ört-basdır çox yumşaq oldu. Məsələn, elə günlər olur ki, deyirsən: bunun üçün hər şeyi yaşamağa dəyərdi - ağrını da, kədəri də, ümidsizliyi də, yorğunluğu da.
16.07.2018
воскресенье, 16 сентября 2018 г.
İki fincandan biri
İki fincana çay süzdü. Bəlkə də, qəhvə. Dəqiq xatırlamıram. Belə xatirələr həmişə yayğın olur. Dumanlı. O vaxt hər şey bir az dumanlı idi. Beynim də. Havada nəsə vardı. Yox, yolda, ona aparan yolda, taksidə, maşının pəncərələrindən dəyisən mənzərələrdə, sürücüdə, ya elə açıq pəncərədən icəri dolub azacıq uzanmış saçlarımı oynadan havada.
"Mahnının səsini alın" qısqırmışdım, yadımdadı. Və dərhal da başqa bir gün (yox, bu dəfə gecədə) başqa bir taksini xatırlamısdım. Həmin sürücüyə də çığırmışdım. Ona aparan yollarda səbrim həmişə daralırdı. Həmişə deyəndə... Cəmi iki dəfə. Birinci taksidə yanımdaydı. Yolu unutmuşdum. Bircə qulağıma nələrsə pıçıldayan səsini eşidirdim. Yol istədiyi qədər uzana bilərdi. Mənzil ağlımın ucundan da keçmirdi. Bütün ömrümü beləcə yolda - heç yana çatmadan, hara, niyə getdiyimi düşünmədən keçirə bilərdim...
İki fincana çay süzdü. Ya da qəhvə düzəltdi. Yox, qəhvə, deyəsən, sonra olacaqdı. Və söhbət qəribə bir şəkildə intihara bağlanacaqdı. Ya da intihar qəhvəyə. Xatırlamıram (Vacib də deyil. Ağır mövzudur. Bu movzuda söhbətləri də xatırlamaq ağrılı ola bilər. Ağrı onsuz da var. Artırmayaq. Çayı düşünək. Çünki seçim etməliyik).
İki fincana çay süzdü. Mənə sarı dönüb gülümsədi. "Birində zəhər var" dedi, - ikisindən birini seçməliydim. Elə dedi ki, elə bil çayı mürəbbə, ya zefirlə içəcəyimi soruşur.
Deyəydim gərək. Deyəydim ki, həmişə xoşbəxt bir anımda ölmək istəmişəm. Üzumdə də təbəssüm.
Amma hər şeyi unutmuşdum. Arzumu da.
Bircə mənə gülümsəyərək zəhər təklif edən və o zəhəri son qurtumunadək icməyə hazır olan adam vardı. Xoşbəxtlik də budur. Qalan hər şeyi unutmaq...

воскресенье, 26 августа 2018 г.
Sondan əvvəlki məktub
Adamlar var ki, itirməyi sevirlər. Yox, itirməyi yox, riskə getməyi deyək. Meydan oxumağı. Yüz faiz itirəcəklərini bilə-bilə başqalarına, taleyə və bəlkə də, özlərinə sübut eləməyi ki, başqa cür də ola bilər, başqa cür də mümkündür. Biz necə də oxşayırıq, hə?..
Ayrı vaxt olsa, bu qənaətə sevinərdim. İndi yox. Heç cür alınmır. Əksinə, təəssüflənirəm. Adam bu qədər cığal, tərs, bu qədər asi olmamalıydı. İtirməkdən bir az da olsa qorxmalıydı. Səhv eləməyi və səhvlərini bu qədər sevməməliydi...
Biz nə qədər fərqliyik - mən sirri sevmirəm. Çünki bilirəm, sirrin ömrü açılana qədərdir. Və ən pisi, mən onu mumkün qədər tez açmağa istəyirəm. O məni narahat edir. Kənar təsirlərlə narahat olmağı sevmirəm. Sirr açılanda isə adətən adamlar məyus olurlar. Bəlkə, ona görə ki, qarşıdakı hədəf qeybə çəkilir, məqsəd ömrünü bizə bağışlayır. Bəlkə də, məsələ başqadır. Məsələn, məlum olur ki, kəşf elədiyin çox adi, sıradan, xırda, bəlkə də, mənasız bir həqiqət imiş və sən bu həqiqətin arxasınca düşmədən də yaşaya bilərdin. Zamandan daha çox gözləntilərinə heyfin gəlir. Sən nəsə irreal, sehirli, mürəkkəb bir şey gözləyirdin. Əvəzində isə...
"Adətən belə olur" deyib özümü sığortalamaq istəyirəm. İtirəcək heç nə olmayanda sığortalanmaq xoşuma gəlir. Risk ehtimalı olmayanda. Süni risk vəziyyəti yaradırsan. Bu da bir cür beyin qumarıdır.
Anlamağa çalışma. Bəzən anlamaq heç nəyə yaramır.
Təəssüf ki, başqa cür mümkün olmur. Anlamaq bir az da sevməməkdir. Biz anlamadığımız adamları daha rahatlıqla sevirik. Onlarda özümüzü görmürük deyə...
пятница, 10 августа 2018 г.
Manifest
Bütün sualların cavabı olacam,
sadə, səssiz, qəti.
Bütün ağrıların xitabı olacam,
güclü, cəsur, mətin.
sadə, səssiz, qəti.
Bütün ağrıların xitabı olacam,
güclü, cəsur, mətin.
Bütün yollarından uzaqda olacam,
cəmisi bir ağac – bir addım.
Bütün uzaqlardan yaxında olacam,
çağırsan, yenə də qayıdam.
cəmisi bir ağac – bir addım.
Bütün uzaqlardan yaxında olacam,
çağırsan, yenə də qayıdam.
Əlçatan, ünyetən olacam,
bütün qadınların yerinə.
Atıb gedənlərin,
sevməyənlərin,
unudanların yerinə…
Tənzif ömrü
Bir az bal olacam, bir az şanı,
Bir az arı olacam.
Hərdən ağbəniz, hərdən əsmər,
Sarışın olacağam.
Bir az buz olacam, bir az atəş,
Bir az adam olacam.
Hərdən dost olacam, hərdən...
yad qadın olacağam.
Bir az dəyişəcəm yerimi,
Bir az yerimdə olacam.
Hərdən yanında, hərdən uzaqda -
Evimdə olacam...
Bir az az olacam, bir az çox,
Bezməyəsən...
Bir gün yox olacam
sən sağalınca
Sezməyəsən....
Bir az arı olacam.
Hərdən ağbəniz, hərdən əsmər,
Sarışın olacağam.
Bir az buz olacam, bir az atəş,
Bir az adam olacam.
Hərdən dost olacam, hərdən...
yad qadın olacağam.
Bir az dəyişəcəm yerimi,
Bir az yerimdə olacam.
Hərdən yanında, hərdən uzaqda -
Evimdə olacam...
Bir az az olacam, bir az çox,
Bezməyəsən...
Bir gün yox olacam
sən sağalınca
Sezməyəsən....
Süleyman peyğəmbərə
Süleyman, yazda yarpaqların çarmıxa çəkdiyini görəndə anladım
yay onların yaşıl qanını içəcək
payız onları canını yandıracaq
qışda gövdə yas tutacaq qoynundan uçurduğu bala quşcuğazlara.
Onların səsini eşitmədim.
yay onların yaşıl qanını içəcək
payız onları canını yandıracaq
qışda gövdə yas tutacaq qoynundan uçurduğu bala quşcuğazlara.
Onların səsini eşitmədim.
Amma mən arzumu kagıza yazıb goyə qaldırmışdım,
Ya göydən çəkib, yerə endirmişdim çərpələng kimi.
Dan yerinin şəfəqində qızarmışdı sapı. İpin əllərimdə cizdiyi izlərdə birgə
itmişdi bütün sirr.
İndi vacib deyil... Tanrı bilir...
Ya göydən çəkib, yerə endirmişdim çərpələng kimi.
Dan yerinin şəfəqində qızarmışdı sapı. İpin əllərimdə cizdiyi izlərdə birgə
itmişdi bütün sirr.
İndi vacib deyil... Tanrı bilir...
İndi qaranquşlar başqa taxtapuşlara uçur,
evimin başı üzərindən.
Çığırıram: axmaqlar, hara gedirsiz, bütün həyətlərə gəlir bahar.
Cavabında nəsə oxuyurlar oz dillərində.
Süleyman, bəlkə, məni söyürlər
hər il soyuqdan qorxub ucan
vətən xainləri...
evimin başı üzərindən.
Çığırıram: axmaqlar, hara gedirsiz, bütün həyətlərə gəlir bahar.
Cavabında nəsə oxuyurlar oz dillərində.
Süleyman, bəlkə, məni söyürlər
hər il soyuqdan qorxub ucan
vətən xainləri...
Bilirsən, mənim də üzuyüm vardı,
İki manata almışdım bir dükandan
Rəngi dəyişirdi - yaşıl, qara, çəhrayı, bənövşəyi.
Dünyanın ən böyuk sehri yazılmışdı üstündə - Love yəni sevgi.
Sən ingiliscə bilirsən?
Dörd hərfin birini atırlar gözgörəsi,
Kimsə kimisə atır, aydındır,
kimsə azalır ki, kimsə artsın, çoxalsın.
Amma nə varsa, bizim sevgimizdən gedir, Süleyman.
Bizim ömrümüzdən kəsirlər o bir hərfi...
Vacib deyil...

Süleyman, ağaclara de o ki, yaz gəlir
Gecə serenadası
Kölgəyə sevinən fənəri qısqanır küləklər.
Söndürmə sonuncu ümidi...
Qoy çəkək bu yükü.
Ciyərlərin yükü bir nəfəs.
Bir nəfəs... Nəfəslik...
Nə yaman təmizdi...
Təmizdi... hava...
Nəfəslik açılsa...
Yatıblar dostlarım...
Dostlarım yuxuda...
Söndürmə sonuncu ümidi...
Qoy çəkək bu yükü.
Ciyərlərin yükü bir nəfəs.
Bir nəfəs... Nəfəslik...
Nə yaman təmizdi...
Təmizdi... hava...
Nəfəslik açılsa...
Yatıblar dostlarım...
Dostlarım yuxuda...
Şəhərə layla tək yayılır kəlmələr...
Mən... səni... Sevirəm... Mən... səni... Sevmirəm...
Gülüşlər tökülür hansısa binadan
Göz yaşı yığırlar yollardan adamlar...
Yatıblar dostlarım,
Dostlarım yuxuda...
Mən... səni... Sevirəm... Mən... səni... Sevmirəm...
Gülüşlər tökülür hansısa binadan
Göz yaşı yığırlar yollardan adamlar...
Yatıblar dostlarım,
Dostlarım yuxuda...
Yellənir pərdələr otaqdan küçəyə.
Yığmıram süfrəni. Hardansa ditdili
uzanır qolumun üstünə
Didib tökür məni...
Qolumu çəkmirəm...
Köynəyin açılır hardasa.
Sancaqla. Görürəm.
Sancaqla, görməyim...
Yadıma düsürsən...
Danışa bilmirəm...
Yatıblar dostlarım,
Dostlarım yuxuda...
Подписаться на:
Сообщения (Atom)