Çəkdiyin şəkillərə baxmaq maraqlıdı,
Çünki orada sən varsan.
Sən orada daha doğmasan,
daha sakitsən, rahatsan...
Mən şəkillərə sual verməyi xoşlayıram.
Onların susması məni incitmir -
daha çox cavab axtarmağa imkan verir.
Bu, xoşuma gəlir.
Elə bu barədə sərbəst, qafiyəli danışmaq da...
Çəkdiyin ağaclar qolunu qaldırıb göylərə:
Yaydı. Meyvəli budaqlar əyilib.
Payızdı. Saralmış yarpaqlar yerdədi.
Baxanlar bilmirlər bu nədi -
Onlarçın bu yalnız gözəl bir səhnədi.
Mənsə şəkil-şəkil oxuyuram səni və bilirəm –
şəkillərin səndən maraqlı deyil,
şəkillərin səndən maraqsız da deyil.
Sən hər yerdə işığı çəkirsən. Qaranlıqda da.
Mən bir az qorxuram və işıqdan yazıram həmişə.
Həmişə də mənə elə gəlir, bir kimsə tapılacaq
və mənə başa salacaq ki, qaranlıqdayam.
Çünki adamlar ən çox onlarda olmayan şeylərdən danışırlar...
Indi şəkillərin danışa bilsə, etiraz edərdi.
Mən bunu bilirəm.
Hərdən istəyirəm kimsə mənə etiraz eləsin.
Sənsə susursan.
Çünki bu bir az qorxuludu...
Yalnız qorxaqlar gözlərini yumub uçuruma atılırlar.
Bu mülahizəm, yəqin ki, xoşuna gəlmir.
Çünki burada əminlik var.
Əminlik yalnız Onun haqqıdı. Deməli, haqsızam. Razıyam...
Amma mən “sən qorxaq deyilsən” deyəcəkdim.
Sən həmişə uçuruma körpü axtarırsan.
Çünki körpü həm də əyilməkdi. Hər iki sahildə.
Və yalnız yanlara əyilmək körpünü yüksəkdə saxlayır.
Bu həm də yol getməkdən ötrüdü...
Yollar yeni şəkillər üçündü. Yeni adamlar, ağaclar, körpülər və keçidlər üçün.
Mən bunu bilirəm.
Amma şəklini köçürə bilmirəm vərəqə. Sənin də.
Bu mənim üçün bir az uzun və qəribə şeirdə
yenə sən yoxsan.
Yəni olduğun kimi deyilsən.
Yəni əslində mən sənin necə olduğunu bilmirəm.
Bilməyəcəm də.
Mənə təkcə sənin şəklin maraqlıdı.
Daha doğrusu, onun necə görünməyi.
понедельник, 2 ноября 2009 г.
четверг, 29 октября 2009 г.
Oğluma
Qadınların asılmaq istəyini boş ver…
bir kişidən,
ya kişi əllərindən daha uzun, daha möhkəm ipdən...
bilirsən, onlar üçün fərq etməz –
boyunları çılpaq qalmasın bircə …

среда, 21 октября 2009 г.
Tramvay
O məni evə ötürürdü. Qırmızı rəngli marşrut avtobusu tərpənirdi, minmədim.
Ağacın altında dayanmışdıq. Nə üçünsə xətrimə dəymişdi. Ağlayırdım.
Könlümü almaq üçün uzaqdan gələn tramvayın əsrarəngiz qığılcımlarına işarə edib, “Sənə tramvay alacağam, ağlama” dedi. Inanmaq istədim.
Indi də bunu özümə bağışlaya bilmirəm. Axı mən bilirdim, onun buna gücü çatmayacaq. O zaman mənim üçün əsas olan onun bunu etmək istəyi idi. Həmişə sözə ciddi yanaşdığımdan, bilmirdim - ONLAR ÇOX ZAMAN DANIŞMAQ XATIRINƏ DANIŞIRLAR və belə anlarda sözlərinin ciddi qəbul edilməyini sevmirlər. O zaman da mənim üçün söz hər şey idi və bunu sevdiyim kişi deyirdisə... (Mən indi də onların fərqli olduqlarına inanıram... axmaq kimi...)
Bir il sonra tramvay xətlərini sökdülər. O zaman əlamətlərə inanmırdım. Sonra başqa əlamətlər də gözlərimə girmək istəyəcəkdi. Qaranlıq otaq, itirilmiş qolbaq, girov qoyulmuş üzük...
Mən İnsanın hər şeydən güclü olduğunu düşünürdüm. Taledən də...
Nə qədər təkəbbürlü və nə qədər sadəlövhdüm. Heç indi də dəyişməmişəm...
Hələ də əsl tramvayı nə vaxtsa tapacağıma və bugünədək daddığım hər şeyi unudacağıma ümid edirəm..

понедельник, 19 октября 2009 г.
Fərhadın övladlarına - Səbinəyə və balaca Mətinə
Hər gün günəş aparar,
Ay qaytarardı atasını.
Bir gün nə Gün göründü,
nə Ay...
Atası öldü...
Sonra bilmədi gün necə keçdi,
ay necə ötdü...
Ay qaytarardı atasını.
Bir gün nə Gün göründü,
nə Ay...
Atası öldü...
Sonra bilmədi gün necə keçdi,
ay necə ötdü...
четверг, 15 октября 2009 г.
Əli Əlioğluna
Bilirsən, bayaq nə düşünürdüm? Nədənsə, Qız qalasına qalxanda heç özümü oradan atmağı düşünməmişəm. Halbuki intihar bütün yaş dövrlərində ən çox düşündüyüm mövzulardan biri olub...
Bəlkə, ona görə ki, sadəcə, ora qalxanda əhvalım yaxşı olub, əks təqdirdə o pilləkənləri çıxmağa səbrim də çatmazdı. Bəlkə, ona görə ki, yüksəklik hissini sevirəm və ordan düşmək – ora bir də qalxa bilməmək deməkdi... Ya da ən düzü, mən o cəsarətin yiyəsi deyiləm... hələ bu dünyada görmədiyim nə qədər film, dinləmədiyim nə qədər musiqi, yaşamadığım nə qədər şey və dadmağım nə qədər yemək varkən... bunu yarızarafatla yazdım, məktubumun bir az kədərli ritmini yumşaltsın deyə...
Dost, həmişə səninlə görüşməyi istəsəm də, nəyə görəsə, səninlə görüşdə tamam başqa məsələlərdən danışıram. Daha çox sənin zarafatlarına etiraz edirəm, danlayıram səni. Əslində, bu danlaqların böyük əksəriyyəti özümə yönəlib. Ağıllı olmaq yaşla bağlı məsələ deyil ki... Biz heç vaxt istədiyimiz qədər ağıllı olmayacağıq... sən bunu bilirsən, sən bununla barışmamısan... mən bunu bilirəm, mən bununla, deyəsən, barışmışam...
Bir az əvvəl fikirləşdim ki, bəsdi, hər şeyi dəyişəcəm həyatımda, məsələn, Qismətdən, səndən, Sabutaydan və s. gələn zənglərə cavab verməyəcəm (yox, heç kəsdən küsməmişəm, sadəcə, yorur məni bütün bunlar – belə görüşlərdən sonra heç vaxt dəyişə bilməyəcəyimi daha yaxşı anlayıram, mənə elə gəlir, bezginliyimlə hamınızı bezdirirəm, elə bilirəm Qismət gülümsəməkdən, Sabutay zarafatlaşmaqdan bezib, Samir pilləkənlərlə mənim enməyimi görməkdən bezib - elə bilirəm məcburən axtarırıq bir-briimizi – bir-birimizi axtarmaq istəmədən – elə bil ki başqa seçimimiz yoxdur kimi). Və birinci Zərdüşt zəng edir – fikirlərimi dağıdır və mən çoxdankı vərdişlə telefonu qulağıma yaxınlaşdırıram. Tamaşaya gələcəyimi söz verirəm və üstəlik əlavə edirəm – bir bilet də artıq götür – Aynur üçün...
Sonra işə gəldiyim yol boyunca əvvəlki fikirlərə qayıdıram. Düşünürəm ki (özümü aldadıram), Nahidin toyundan sonra yaxın qrafikdə heç nə yoxdur və planlarımı (əslində, plansızlığımı) həyata keçirəcəm... Sonra yadıma düşür ki, Salamla görüş olmalıdır və yenə özümü aldatmaq istəyirəm ki, çoxdandır Salamı görmürəm və yepyeni və maraqlı təəssüratlar yaradacaq bu görüş məndə...
Bəlkə, Qız qalasına qalxmaq lazımdı, əvvəl əhval ruhiyyəni dəyişmək – müsbətə doğru, sonra dərindən nəfəs alıb, dar, naqolay və yorucu pillələri qalxmalı olduğumuzu düşünərək səbrli olmaq və yola çıxmaq – düz zirvəyə. Bilirsən niyə? Oradan Bakı başqa cür görünür... başqa cür....

вторник, 13 октября 2009 г.
Mənə heç nə demə...
Mənə heç nə demə,
tüpürə biərəm hər şeyə -
rahatlığa, xoşbəxtliyə,
deyingən qonşulara, işə,
çoxdan unutduğum keçmişə.
Əvvəl-əvvəl maraqlı gələr,
doğma görünər,
sonra bezdirərəm tələblərimlə.
Məsələn –
hər gün görüşmək istəyərəm…
Mənə heç nə demə,
tüpürə biərəm hər şeyə…
Elə qısqanaram səni,
qapıların şüşəsi sınar.
Heç nə vecimə olmaz –
hardasa bir ürək yıxılar.
Tanıyırsan məni, heç nə demə…
Bilirsən necə amansızam,
Keçmərəm ən kişik səhvindən.
Xoşum gəlməz köynəyinin rəngindən –
qəfildən sərt danışaram hamının yanında…
Mənə heç nə demə…
Ağıla, nağıla, noğula aldanmaram –
hamının yanında öpərəm üzündən.
sənin üzündən
tüpürə bilərəm hər şeyə…
Gündüzə, gecəyə, səhərə nifrət edərəm
sən yanımda olmayınca…
Unutmayasan deyə
şəklimi qoyaram cibinə.
Tezdi-gecdi bilmərəm –
gecəyarı zəng gələr evinə.
Tüpürə bilərəm hər şeyə…
Nəyə? – niyə sayım –
Məni tanıyırsan.
Özün anlayırsan…
Mənə heç nə demə…
Şəklin müəllifi Nazim Şahdır

понедельник, 12 октября 2009 г.
Səlim Babullaoğlu - Polkovnikə heç kim yazmır
R. üçün
1.
«Polkovnikə heç kim yazmır». O yaman darıxır.
İstidir, bürküdür, kitablar rəfdə yatır.
Uyğurları yenə də qırırlar. Gücsüzdü, əgər desəm ki, çox təəssüf.
Təəssüf, sonadək oxunub bitmir «hərb və sülh».
Hər şey bərkiyib, daşlaşıb. Qəlblər də. Yarpaq belə tərpənmir.
İstidə anlayırsan ki, alovdan daha yaxşı heç kim bilmir
«polad necə bərkidi»? Necə? Harda? Nə vaxt?
İstidir. Axşamdır. Uğultular artır. Adamlar mürgülüysə də sərvaxt;
eyni, əcayib bir dildə pıçıldaşır hamı.
Adamlar çölüylə «tək»disə, içiylə təqlid edir «izdiham»ı.
Çiliklənən stəkan səsiylə dağılır ətrafa körpənin gülüşü,
bu dəfə havadan başlayır körpə «Çingizxan»ın cingiltili yürüşü.
2
«Polkovnikə heç kim yazmır». «Məktub yetişmədi» ünvanına.
«Barbarları gözləyərkən» zərf qonur giriş qapına:
Borcunuz var. Üstəgəl, üçcə gün də vaxtınız.
Sonra vəhşitək kəsərik. Sönər ocağınız.
İstidir. «Yerli narkoz altındadı hər kəs».
Hamı qabığıyla polis, məmur və çərkəz.
Soyunsaq onları, ayıbsa da, insan(l)ıq, bilinər.
Uniformadan qorxuluymuş vərdişlər və əməllər.
İstidir. «Qar» gözləmək beş ayda puç və əbəs.
«Sağ qalmaq» üçün qaçır hamamda bir kiçik kələz.
Ev sahibinin ayaq səsi yaddan «yad» imiş.
Tavan da göy üzü deyilmiş- anladır «qaçış».
3.
«Yuxunun iziylə» varıb gedib uzaqlığa,
çatmaq istəyirsən gözəl uşaqlığa.
«Uşaqlıq»- ömür səhrasının quzeyidi.
Bağlansa da «məsumluq muzeyidi».
«Polkovnikə heç kim yazmır». Təkcə sən yazırsan.
Niyə sevgi şeiri yazmırsan?- deyə soruşursan.
Sevgi var, şeir var, yazmaq var ikən,
bu donqabel sualda sən, nə görmüsən?
Əziz dostum, mehriban, gözəl bacım, həmkarım.
Qafiyə xətrinə yazsam, yazaram: əfkarım
indi çox qarışıq və çəkir məni keçilmişə.
Məsələn, «min doqquz yüz səksən dördə», beşə.
4.
Onda beş yaşın ancaq olardı.
Bilirəm, hamını sən, hamı səni sevərdi, oxşardı.
Bilirəm, sevgi şeiri nədi, onda heç bilmirdin.
Çöhrənə baxanlar unudurdı bildiyin.
Əminəm, hələ çox şey yazacaqsan.
Şey dediyim - «gözəl şeirlər», hələ çox dadacaqsan.
Əminəm, deyəcəksən, «əlvida, silah», kədər.
Hər şey elə sevgidənmiş…bu qədər…
İstidi. Sözlər quruyur dodaqda.
Ürəyim çat-çat olur otaqda.
«Polkovnikə heç kim yazmır». Rəfdədir.
Çıxır istefaya bütün kitablar və əməllər o tərəfdə.
14-17 iyul

Подписаться на:
Сообщения (Atom)