Qapqara bir kağızın
Üstündə möhür - işıq...
Bu sirli tapmacanın
Cavabını tapmışıq.
ən mötəbər sənədə -
ulduzlar damğa vurub
yerə yaman baxırlar
göyün üzündə durub...
bayram var yuxarıda -
qonaqlar sağlıq deyir.
Gecənin yiyəsinə
Yaxın olmaq istəyir.
Aydı padşah seçilən
Qaranlığın üzünə...
hökm edib səhərədək
tacı verəcək Günə.
пятница, 9 октября 2009 г.
среда, 7 октября 2009 г.
***
Qüssə bu gün həddini aşar,
Şəklini çəkər pəncərəmə.
Ölüm bir gün də yaxınlaşar,
Ömür bir gün də qısılar mənə.
...
İşıq salar Ay qorxulara,
Dalğa-dalğa qırılar dəniz.
Nə danışıb görən sulara
Hündürboylu o qarabəniz?
***
Gecə aşiq olmaq xəyala
bir az axmaqlıqdı, bilirəm.
Darıxıram, məni qınama,
keçər, şıltaqlıqdı bilirəm
Şəklini çəkər pəncərəmə.
Ölüm bir gün də yaxınlaşar,
Ömür bir gün də qısılar mənə.
...
İşıq salar Ay qorxulara,
Dalğa-dalğa qırılar dəniz.
Nə danışıb görən sulara
Hündürboylu o qarabəniz?
***
Gecə aşiq olmaq xəyala
bir az axmaqlıqdı, bilirəm.
Darıxıram, məni qınama,
keçər, şıltaqlıqdı bilirəm
вторник, 6 октября 2009 г.
Qədr gecəsi xətrinə...
əlini cibinə atıb
ovcunu sənə uzadan qadından
bir az ümid aldın...
mən açmadım portmanatı...
qoy tək sənin olsun bu gecənin ovsanatı....

Asandan asan
Asandan asan...
Adam olasan,
Vaxtında işə gələsən...
Vaxtında evə gedəsən...
Axşamlar qızına oyuncaq olasan
Ananı sevəsən doyunca...
Yemək qızdırasan atana...
Qardaşına çay süzəsən...
Qonaq gedəsən qohumlara
hər bazar...
Təbəssümünə mat-mat baxalar ...
Elə bilələr adam olmusan..
Zərif, incə qadın olmusan...
Adam olasan,
Vaxtında işə gələsən...
Vaxtında evə gedəsən...
Axşamlar qızına oyuncaq olasan
Ananı sevəsən doyunca...
Yemək qızdırasan atana...
Qardaşına çay süzəsən...
Qonaq gedəsən qohumlara
hər bazar...
Təbəssümünə mat-mat baxalar ...
Elə bilələr adam olmusan..
Zərif, incə qadın olmusan...
понедельник, 5 октября 2009 г.
Yarım il yubanan yazı
Elxan Zalın şeirləri barədə yazmaq istədiyim yazı, az qala yarım ildir ki, yubanır. Bəlkə, ona görə ki, onun bəzi mətnləri (xüsusən “Toqrovı peyzajı” silsiləsindən olanlar) ilk baxışdan bir qədər çılpaq görünürlər və bu məqam məni azca narahat edir. Ya da, yox, sadəcə, hər gün yazıya yeni bir müqəddimə ilə başlamaq istəyirəm. Məsələn, dəxli olsa da, olmasa da, istəyirəm ki, bu günlərdə onun bizə oxumağa çalışdığı (amma xətti qarışıq olduğundan, oxuya bilmədiyi) yeni şeirindən, daha doğrusu, həmin şeiri üslubca öz mətnlərimdən birinə bənzətmək cəhdimdən danışım. Bununla onu da, başqalarını da təəccübləndirim.
Eqoizm tələb edir ki, bu təəccübləndirmək azarına harada və niyə tutulduğumun səbəblərini araşdırım. Əlbəttə, hələlik, yazının qəhrəmanı kimi, Elxandan daha çox, özümün göründüyümün fərqindəyəm. Amma bu məqamın Elxana, daha doğrusu, onun mətnlərinə birbaşa dəxli var. Məsələ burasındadır ki, onun şeirləri ilə ilk tanışlığım heyrət hissi ilə müşayiət olunub (“heyrət”in bir az böyük, bəlkə də, pafoslu səslənməsi üzündən bir az narahatlıq keçirir və bu ifadəni nə ilə əvəzləyim deyə götür-qoy edirəm: bəlkə, “təəccüb” yazım? Amma son nəticədə, “heyrət” “təəccübdən” daha konkret ifadə olduğundan, məhz onun üzərində dayanıram).
Əlbəttə, elə müqəddimədəcə başqa müqəddimələr barədə danışdığımı xatırlayıram. Amma bu gün elə buradan başlayacağam ki, “heyrət” kəlməsinin sözünün özü də hislərimi və düşüncələrimi tam ifadə etmir. Istəyirəm yazam ki, konkret halda buraya bir az da utanc hissi qarışıb. Amma yenə tərəddüdlər imkan vermir - anlayıram ki, əslində, heyrət hissi eqo üçün həm də müəyyən utanc, pərtolmadır. Axı yazmağın özü, nə qədər qəribə səslənsə də, heyrətləndirmək sənətləri içərisində ən çətinidir. Çünki müəllifin yeganə vasitəsi sözdür – bütün normal insanlar gün boyunca bu “silahdan” istifadə edirlər. Indi gəl də heyrətləndir...
Amma o bunu bacarır. Məsələ yəqin ki, ilk baxışdan “gözlənilməz” təsir bağışlayan qafiyələrdədir. Ilk baxışdan, qafiyələr arasında əlaqə görünmür. Amma onun qafiyələri bir çox hallarda həm də mənaca qohum olurlar. Məsələn:
Gəlmişik qayıtmağa
Kodla açılır divar.
Hər möminin Məzdası,
Hər suçlunun devi var...
Divar da, div də maneədir, hər ikisi aşılmayacaq qədər güclüdürlər, kontekstdən asılı olaraq, onlara söykənəcək, arxa, dayaq kimi də baxmaq olar (folklordakı ağ və ya qara devi xatırlayın, bəzən qəhrəman onların kürəyində mənzilə yetir). Kim deyə bilər ki, mətndə birinci qafiyə olacaq söz növbətini şərtləndirmir. Kim deyə bilər ki, “antik”lə “romantik”, “yad”la “dad”, “küllük”lə “güllük” arasında bu cür bağ yoxdur? Qohumların arasında da bəzən söz söhbət olur, bu mənada sonuncu qafiyələr (küllük-güllük) arasındakı münasibətlər, obrazlı desək, qaynana-gəlin münasibətlərini xatırladır.
Və ya ilk baxışdan gözlənilməz hesab etdiyimiz situasiyaya baxaq. “Yağma həvəsi” şeirində daş binaların kurqana bənzədilməsi oxucunu “aldadır”, tarixə baş vurduğu andaca sonrakı misra onu geriyə – ətrafındakı supermarket vitrinlərinə qaytarır. Belə vəziyyətdə oxucu yüngül bir diksinmə hiss edir. Amma elə sonrakı saniyələrdəcə bu diksinmə keçir və şairin təqdim etdiyi vəziyyət (= müqayisə) sadə və təbii görünür, sanki elə belədir və belə də olmalıdır. Keçmişə səyahət bir anlıq zaman kəsiyində baş verir. Məgər tarixlə müqayisədə bizim ömrümüz də beləcə ən kiçik zaman kəsiyi deyilmi?..
Ümumiyyətlə, Elxan tez-tezə tarixə müraciət edir, amma onun şeirlərində saxta qəhrəmanlıq yoxdur, o bir çox hallarda süni görünən pafosdan uzaqdır. Qaraxanlının mətnlərində çox zaman tarixi olan müasir olanla, ruhi olan fizioloji olanla o qədər incə təmas edir ki, bu sərhədləri bir-birindən ayırmaq çətin olur. “Türk əsrinin türküləri”ndə o, keçmişdən, indidən və gələcəkdən danışır. “Bir udumluq xəcalət hissi” keçirir və “tər” tökür, amma bununla kifayətlənmir, “günahkar şəhərin dağılmasını” istəyir – çünki bu şəhərdəkilər keçmişlərini (yaddaşlarını) itiriblər, “manqurtlaşıblar”. Şair məlum həqiqəti poetik yolla, amma yenə də süni vətənpərvərlik pafosu olmadan növbəti dəfə xatırladır ki, torpaqda yaşamaq üçün buna layiq olmaq lazımdır:
Könlündən fatehlik keçirsə, qızıl qandır xərci.
Cəng mələyi qan istəyir, nə deyək?
Bu torpaqlar bizimdirsə, bədəlini ödəyək.
Maraqlıdır ki, müəllif bir mövzuda və eyni üslubda yazmır, Elxanın melanxoliyası tez bir zamanda qayğısızlıqla əvəzlənir. Amma bu əhval və üslub dəyişikliyi oxucunun adaptasiyasına mane olmur, əksinə, onu öz arxasınca apara bilir. Amma hərdən Elxan o qədər naturalistcəsinə yazır ki, mən bunu sevmirəm – məsələn, “Qürub” şeirində qürub səhnəsi elə dəqiqliklə qana bənzədilir ki, bundan sonra qüruba baxmaqdan qorxursan...
Bayaq – yazının əvvəlindəcə qeyd etdim ki, Elxanın bəzi mətnlərində, xüsusilə də,”Torqovı peyzajı”nda açıq-saçıqlıq var. Bir dəfə yolu Nizami küçəsindən keçənlər üçün bu silsilənin açıq-saçıqlığı qətiyyən təəccüblü gəlmir. Üstəlik, müqayisə nə qədər qüsurlu olsa da, biz “Min bir gecə”ni də, “Dekameron”u da oxumuşuq və indi heç birimiz bunu söyləməkdən çəkinmirik. Amma məslə burasındadır ki, erotik mətnlərin özündə də müəllif estetik tələbləri gözləyir, şeirdən iyrəndirmir. Şair bəzən qadın gözəlliyin təbiət hadisələriylə müqayisə edir, dua ilə sevgi aktını eyniləşdirir. Bu, bəzən şeytani bir çağırışa bənzəyir (“Ən müqəddəs dualar da alca dodaqda bitər”). Amma sonra “Tanrının yaratdığına baxmaq həmişə xoşdur” deyə özünə bəraət qazandırır, sonda isə Yeri, Göyü və bizi Yaradana alqış edir. Maraqlıdır, “Ayrı sevgilər”dəki bütün parçalarda Yaradana şükranlıq var...
Bəzən Elxan çox sadəlövh görünür – məsələn, “cənnətlə cəhənnəmin arasina lağim atmaq”la sevgilisinə qovuşmaq istəyəndə... Bəzən isə misralar o qədər çoxqatlı olur ki, onları bir cür yozmaq, dəyərləndirmək mümkün olmur:
...ovsun əzəməti var pıçıltılarda
sən mənə xoş sözlər pıçılda ki,
ürəyimdən göyə yol açılsın...
Heyrətləndirici məqamlardan biri də budur ki, E. Zalın şeirlərində heç bir didaktika elementi olmasa da, o, dolayısı ilə öyrədir – söz öyrədir. Oxucu onun sayəsində demək olar ki, hər üç şeirdən birindən mənasını bilmədiyi yeni kəlmə ilə rastlaşır – bu dialekt də ola bilər, gündəlik həyatdan bizə tanış olan, amma Azərbaycan şeirində işlənməyən söz də, əski türk kəlməsi də . hippi, şevrole, şeraton, vint, karma, arxiv, bira (siyahını bu abzas qədər uzada da bilərik) kimi sözləri şeirə gətirir və bu yamaq kimi görünmür. Elxan əski totemlərə, tarixə müraciət edir, bilmədiklərimizi şirin ləhcə ilə anladır, bildiklərimizi xatırladır.Bəzən Elxanın bir misrası uzun-uzadı düşünmək üçün əsas verir:
“Bir gün bizim cahadımız ilə qurtulacaq cahan”,
“Ölümə petrol verməyin əfəndilər”,
“Göy tanrının səltənəti bambaşqadır, bambaşqadır”,
“Bizə miras qalan üzünütülərdən qoşa minarəli bir məscid çıxar”.
Və ya “adamsız şəhər”də “yaddaşı itmiş gecə” “saralmış saniyələr boyunca” dolaşırsan və qəfildən qarşına “yelkəni ümidlər” çıxır...
Amma mən bu yazını sadə, adi bir şeirin - “Ayrı sevgi”lər silsiləsindən “alef. şin. bet” adlı parçanın yaratdığı təəssüratlarla bitirmək niyyəndəyəm.
Bu kitab bağlanıb sən daha çıx get .
Kitabın bağlanması ilk növbədə keçmişdən xəbər verir - o nə zamansa açıq olub. Amma məlum deyil, sonadək oxunubmu, yoxsa onu oxumaq istəmədiklərindən yarımçıq qoyublar. Kitab bağlanandan sonra onu bir kənara qoymaq da olar, kiməsə bağışlamaq da, elə ona təkrar qayıtmaq da. Amma bu sevgi kitabıdır və qəhrəman sevgilisinə get deyir. Niyə?..
Nə sən Dezdemonasan, nə mən Otello
Görünür, ortalıqda dəli bir eşq və qısqanclıq səhnəsi olub. Şeirdə sadalanan bu sevgi obrazlarının adı belə deyir. Amma bizim qəhrəman hislərində daha irəli getmək istəmir. Bəlkə də, düz edir - Dezdemona ilə Otellonun sonu bəllidir. Niyə? sualının ortaya çıxacağını bilən qəhrəman yalnız üçüncü misrada
Yəqin sarı səhra sultani Azazello qatıb aranı
cavabını verir. Bu, cavab deyil. daha çox cavabdan, ətraflı izahatdan qaçmaq istəyinin təzahürüdür. Bəlkə ona görə ki, “niyə”sini özü də bilmir...
Qurdalama bu yaranı qoy hər şey belə qalsin necə var.
Aydındır, bütün mümkünsüz eqşlər yara verir, yaraları qurdalamaq yox, qapatmaq lazımdır, bu da mümkün olmayanda hər şeyi zamanın ixtiyarına buraxmaq və demək ki:
Olacaq nə varsa göydə yazılar
- əlbəttə, talelərimizi göydə yazırlar, amma həlledici məqamda bunu xatırlamaq həm də qərardan, özü də qəbul etmək istəmədiyin, qəbul etməkdə çətinlik çəkdiyin qərardan qaçmaq, məsuliyyəti Göylərin - Allahın üzərinə atmaqdır:
Yaxşısı budur get dua elə
– yalnız dualarla taleyi dəyişmək olar. Müəllif yəqin ki buna işarə edir:
Bəlkə tale yazan mələk insafa gələ get get.
Qəhrəman gerisini artıq sevgilisindən daha çox özünə deyir, yəni öz-özüylə danışır:
Sevgilərə həmişə yoldaş olub ayriliq itim
– bu, bəlkə də özünə təsəlli vermək cəhdidi.
Qapı örtüləndən sonra pilləkənlərlə enər ritm
- hər şey qapı örtülənədək baş verir. Qapının örtülməsi ilə hər şey bitir, amma birdən birə yox. Gedənin ayaq səslərini eşidirsən və bu ayaq səsləri ilə birgə ümid də yavaş-yavaş uzaqlaşır, itir.
Avqust gecəsində çalınan bir rekviyem.
Bürkülü, cansıxıcı avqust gecəsində hüznlü bir rekviyeminin sədası altında yalnız gedənin qayıtmasını istəmək qalır:
Istəyirəm qayit deyəm amma heç vaxt deməyəcəm.
Qəhrəman özünü aldadır – guya hər şey onun qayıt deməsinə bağlıdır, halbuki talelərin göydə yazıldığını gözəl bilir. Bəlkə, ona görə də heç vaxt deməyəcək.
Çünki dünya sirdi talelərsaysiz hesabsiz Allah birdi...
Həəə, bu da yəqin həm də o deməkdir ki, yalnız Allah birdir, sevgini isə yaşadıqca tapmaq və itirmək olar...
Bu gün üçün ən yaxşı sonluq yəqin ki, budur. Gələn dəfəsinə baxarıq...

воскресенье, 16 августа 2009 г.
Rəbiqə - Ayçiçəyi dalğası və ya bir ayrılığın anatomiyası

Fərhad Mete üçün
Bu il sənin 33 yaşın tamam olacaqdı. Səndən sonra - avqustun 13-də onlar üçü qaldılar, Hicran, Səbinə, Mətin. Indi (15 avqust) bloknotumu açıb baxıram – “on bir hecalıq” yazdığımız dəftərdə sənin misralarından biri (düşər gözlərimdən yuxular yaş kimi) təqvim qeydinin “13” rəqəmi ilə yanaşıdı. Hərəmiz üç misra yazmışıq, üç bənd alınıb. Sənin sonuncu misralarındı bu üç misra. Sonuncu üç misra, sonuncu gün... və sən mənim üç ən yaxın dostumdan biriydin...
Bunlar mənim bildiklərimdi...
Gəl “3” barədə düşünmə bundan sonra, 3, 13, 33 mistikasını...
===
“Dəli kimiyəm” - indicə (13 avqust) Fərid mesaj yazıb Qazaxdan. Bayaqdan bir neçə dəfə Sabutay Cəlilabaddan zəng vurub, deyir, səndən narahatam...
Mən dəli kimi deyiləm, Fərhad, hər zamankından daha ağıllıyam, daha sakitəm elə bil. Sakit bir hüzn var içimdə. Sakit bir ağrı...
Bu gün yenə uşaqlarla bir yerdəydik. Dünən (15 avqust) Sabutayla bir neçə dəfə zəngləşdik. Sonuncu dəfə 12 dəqiqə danışdıq – daha doğrusu, hərəmiz xəttin bir tayında ağladıq. Nə yaxşı, dostlar var, yoxsa tək bu ağrını yaşamaq olmazdı...
Həmişəki kimi daha çox detallar incidir, ağrıdır, yandırır. Dözürəm. Dişlərimi dodağıma sıxıram və çığırmıram qəbrinin üstündə - “yəni sən bura yerləşirsən, yəni sən burdasan?” deyə. Xeyir-şər evində süfrəni görəndə özümü saxlayıram, bircə gözlərim sözümə baxmır. Yadıma cəmi bir həftə əvvəl yemək yeməyimiz düşür. Alçaqcasına dözürəm. Yeyirəm. Keçir e boğazımdan. Yeyirəm ki, Hicran da yesin – üç gündür dilinə almır heç nəyi...
Gecə ilə zəng elədilər ki, şəklini və şeirlərini istəyir yaxınların. Səhər saat 9-da Anarla görüşməliydim. O vaxt bütün fotostudiyalar bağlıydı, gümanım evdəki çərçivələrə gəldi – sertifikatlara, müxtəlif mükafatlara, şəkillərə (bu, təsadüf deyil yəqin, nə demək istədiyimi anlayırsan da, bilirəm, indi başını bulayırsan, amma belədi, özün də bilirsən). Ən yaxın dostumun böyüdülmüş şəklini, şeirlərini öz əlimlə çərçivəyə salıb yasına apardım. Gücüm çatdı e, Fərhad...
Şəkillərinə baxıb dəli oluram – dəli olmamağıma dəli oluram e, qardaşım...
---
Nə qəribədi, ağrımı bölüşmək üçün dostları beynimdə sıralayanda da birinci sənin adın gəlir ağlıma. Sənin yoxluğunu səninlə bölüşmək istəyirəm qeyri-şüuri. Telefonun kontakt listində adını görəndə dayanıram, anlayıram ki, cavab verən olmayacaq. Sən bizim əhatə dairəmizi tərk etmisən - bilmirəm səninlə danışmaq və səni eşitmək üçün orbiti dəyişməkdən özgə də yol var, ya yox. Sən mistikaya çox bağlıydın, sənin, bəlkə, ağlına daha çox fikir gələrdi. Mənim təxəyyülüm səninki qədər zəngin deyil, nə yazıq. Ona görə də sənə bu cür yazıram danışmaq istədiklərimi. Hər şənbə bir yerdə oturduğumuz kafedə. Evdə yaza bilmədim. Istəmədim...
Əslində, mən bu yazını yazmayacaqdım. Özümə söz vermişdim, səndən yazmayacam. Elə yoxluğunun birinci günündəcə “yazmalısan” dedilər, bu sənin qarşında borcumdu dedilər, amma mən sənin haqqında yazmadım, sənə yazdım...
Bilirsən, nə qədər böyük günah olsa da, mənim hər şeyi lənətləməyim gəlir – sənin yatdığın torpağı da. Bu yazını da. Günlər keçdikcə azalmaq əvəzinə artır ağrı – bundan yazımmı? Yazımmı ki, səni çox istəyirdim? Bunu kim bilmir ki? Bir də, səni kim istəmirdi ki axı?..
Bu məktub əslində müxtəlif günlərin qeydlərindən ibarətdi. Hər gün gah əvvələ, gah ortaya, gah da axıra nəyisə əlavə edirəm. Bitmir. Amma sənin zaman ölçün başqa olmalıdır indi, sən yəqin hiss etmirsən bu mətndəki gün və zaman ardıcıllığının pozulmasını. Ona görə narahat deyiləm. Istədiyim cümləni istədiyim abzasa atıram. Həm də bu, ədəbiyyat nümunəsi deyil ki, mükəmməl olsun. Sənin səbrin yoxdu məndə. Sən bir şeiri altı aya yaza bilərdin, tam mükəmməl hesab etmədiyin mətni göstərməzdin bizə. Mən mükəmməl olmadım heç zaman, məndə bundan sonra da belə alınmayacaq, ona görə də səbrsizlikdən doğan səliqəsizliklə yazmağa davam edirəm...
***
Qəribədi, Fərhad, səni ənənəvi şəkildə xatırlamaq da olmurmuş. Ahmet Kayanı dinləyirəm, sonra “Adajio”nu. Sonra Keyko Matsuini və Frenk Düvalı - sənin mənə göndərdiyin mahnıları. Məncə, belə xatırlanmağın sənə daha xoş olar... “Xatırlamaq” sözü məni diksindirir. Bir üzü unutmaqdır xatırlamağın. Cəmi 5 gündür görüşmədiyimiz (14 avqust). Bilmirəm, növbəti görüşə nə qədər qalır...
Bir dəfə kimsə (Səlimmi, Pərviz Yusifmi, ya ədəbiyyatçılardan bir başqasımı, dəqiq yadımda deyil) dedi ki, qədim romalılar salamlaşanda “Ölümünü düşün” deyirmişlər bir-birlərinə. Üşəndirmişdi bu məni. Sənsə əcəl barədə elə sakit danışırdın ki, “burda nə var” deyə. “Nə var orada, Fərhad?” desəm, cavabında susacaqsan deyə soruşmuram. Bilirsən axı, suallarımın cavabsız qalmasından necə hirslənirəm...
***
İmzanla ilk dəfə “Kultaz”da rastlaşdığımı xatırlayıram. O zaman mənə elə gəlirdi ki, ora mənim sahəmdi. Sən mənim ovlağıma girməyə cəhd göstərən “yad” idin. Səni bəyənməmək üçün özümə məntiqli və “obyektiv” səbəb tapmalıydım. Əvvəl təxəllüsünə “ilişdim” – şəkildən boylanan yaraşıqlı sifətindəki təbəssüm mənə özündənrazı göründü, üstəlik, özünü böyük hun sərkərdəsinin adı ilə adlandırmandan qıcıqlandım (sonradan biləcəkdim ki, əslində, burada heç bir təkəbbür əlaməti yoxdu, Mete sənin vaxtsız itirdiyin rəhmətlik atanın adıdır). Sonra şeirinə baxdım – “hələ vaxt var”. Mən sənə növbəti dəfə qəzəblənməyə əsas tapdım öz ürəyimdə - sevimli şairimin “Hələ var, hələ vaxta var” misrasını xatırlatdım və kinli-kinli sevindim – tapmışdım. Əslində, qəzəb məni yanıltmışdı. Bu, şeirin deyil, həyatın surəti idi hər ikinizdə...
Adamlar həmişə mənə ədəbiyyatdan vacib olub. Səninlə Gənc Ədiblər Məktəbində görüşəndə hər hansı iddia, təkəbbür görməyəndə qəzəbim əvvəl özümə qarşı yönələcək, sonra da unudulacaqdı. Sevgi olan yerdə qəzəbi unutmağa nə var ki. Sonra yeni şeirlərini oxuyacaqdın mənə - “Adajio” məni dəli edəcəkdi, sonra köhnələrə yenidən diqqət verəcəkdim və mənim “üçlüyümə” daxil olacaqdın - ədəbiyyatda və dostluqda. O qədər yaxınlaşacaqdıq ki, sizi görmək üçün BSU-ya gedəcəkdim – ədəbi yaradıcılıq dərslərinə. Tənəffüslərdən birində səndən soruşacaqdım: “sən harada təhsil almısan” və cavabını eşidəndən sonra növbəti dəfə təəccüblənəcəkdim: “yəni doğrudan ali təhsilin yoxdu?”...
***
Sən son altı ayda ən çox ünsiyyətdə olduğum üç dostdan birisən. Sabah şənbədir, sənin “ev günün”. Amma sabah ilk dəfə sənə zəng etməkdən qorxacağam. Bu hələ sabah olacaq. Indi bu barədə düşünməyək, hə?
İndi “Adajio”nu eşitmək istəyirəm sənin səsində - sənin ən çox sevdiyim şeirini. Həmişə tədbirlərdə bu şeiri məhz mənim sevdiyimi vurğulayıb, gülümsədikdən sonra oxuyardın. Bir az da sən ərköyünləşdirmisən məni desəm, inciməzsən ki, qardaşım?..
Həmişəki kimi sənə şikayətim var yenə. Səlimdən – birinci ondan eşitdim axı yoxluğunu (yəqin ki, beləcə, hər zaman Anar Amin mənə bir balaca qəzəbli olacaq, Fərid Hüseyn də, Sabutay da, sənin barəndə xəbəri məndən alan digərləri də məndən inciyəcəklər, bilirəm). İkinci, elə Sabutaydan küsmüşəm – sənin də yanımda olmadığını bilə-bilə məni tək qoyub. Üçüncüsü, Qismətdən – məni yaman ağlatdı yazısı ilə...

Bir də, bir də... səndən küsmək istəyirəm, Fərhad...
---
Bəzən kiməsə bağlanandan sonra onunla eyni dalğaya köklənirsən, daha doğrusu, onun dalğasına düşürsən. Səninlə belə deyildi, biz ikimiz də eyni dalğa idik səninlə, eyni kordinatda. Bir-birimizin yanında rahat olurduq, bir-birimizin şeirlərini anlayırdıq və sevirdik, bir-birimizi qiymətləndirirdik. Bilirdik ki, bizdən əvvəl söz olub, bizdən sonra da söz olacaq. Amma bizim üçün sözdən öncə adamlardı – söz də elə adamlar üçündü bizə görə...
Kim olacaq yanımda tədbirlərdə bundan sonra? Çay stolu arxasında bir qədər çox yubananda kim taxta skamyalarda oturmaqdan yorulduğunu deyəcək ? Milli Parkda Vaqif Cəbrayılzadəni axtarmağa kiminlə gedəcəyik? Kefim olmayanda kim xatırladacaq Xan Rəsuloğlunun sözlərini: “Ay qız, üç günlük dünyadı, kef elə, amma heç kəsə” demə deyə. Telefondakı mahnıları kim paylaşacaq mənimlə? Kim dözəcək mənə?..
Heç tək qoymazdın məni. Bilirdin ki, yanımda kimin oturmasının dəhşətli dərəcədə əhəmiyyəti var mənim üçün – xoşlamadığım adamların əhatəsində dəfələrlə necə dəli olduğumu görmüşdün, hiss eləmişdin. Sonuncu dəfə şənbəydi, yenə bizim komanda bir yerdəydi. “Axşam heç gəmidə olmamışam” dedim, Qismət istəmədi, Anar razı olmadı, Əli gəminin şüşələrinin bağlı olduğunu bəhanə elədi. Yenə təkcə sən razılaşdın və səyahət boyunca cəmi iki-üç kəlmə danışdıq. Indi ən çox bununla məşğuldur fikirlərim – görəsən, sən nə fikirləşirdin? Deyəsən, mən Şimal Buzlu Okeanından, Antarktidada olmaq istədiyimdən danışırdım, bu şəhərdən və insanlardan qaçmaq istəyirdim bir neçə günlük. Sən demə, sən ünvanı həmişəlik dəyişməyi düşünürmüşsən. Nə biləydim axı...

Sonra nə dediyini xatırlamaq istəyirəm saniyələrədək. Səbinədən, Mətindən, İlhamdan, Brüsseldəki qardaşından nəsə deyirdin. Sentyabrda yenə komanda şəkilndə Gürcüstana - Əligilə gedəcəyimizi müzakirə edirdik. Təbiətən çox narahat olduğumundan, mən Allah bilir, neçənci dəfə soruşurdum səndən: “Sənin xarici pasportun var da, hə?”. Sən başqa marşrutu seçdin. Gürcüstan sənə görə çox yaxınmış yəqin. Adam kişi kimi qaçar qaçmaq istəyəndə - qayıtmayacağın qədər uzağa. Belədi?!!!
---
Sən heç yerə sığışa bilmirdin. Bir dəfə addımlarını saymışdın, 10 mini keçmişdi. Qəbrinə baxanda hamımız dəli olduq – necə yerləşirsən ora. Amma mən bilirəm, sən orda deyilsən, hardasa bizi gördüyün bir yerdəsən və məzarın üstündə deyilən, bizim hamımız əsəbiləşdirən o “şeirə” gülümsəyirdin uzaqlardan. Biz sənin xatirinə dözdük ona, o isə başa düşmədi. Başa düşmək üçün səni oxumalıydı, tanımalıydı...
Biz sənə şeir oxuyacağıq, Fərhad. Bilmirəm nə qədər vaxtımız qalır, amma oxuyacağıq. Sən yaxşı şeir üçün darıxırdın axı. Bəs özün necə, nəsə yaza bilirsənmi orada? Mən sizdən qayıda-qayıda bu barədə düşünürəm və Qismətdən soruşuram: görəsən, orada nəsə yazmaq olur? Kimsə, deyəsən, Tapdıq cavab verir – yox, orada problem yoxdu axı, şair olmur orada. Deməli, sənin bizə oxuyacağın bir şey yoxdu – sən yalnız bu şəhərə uzaqdan baxırsan...
***
Yadındadı, həmişə sənin şeirlərinin yumşaqlığından danışırdım, mənə elə gəlirdi ki, bu yumşaqlığa necəsə toxunmaq olar, onu fiziki cəhətdən hiss eləmək olar. Mənə indi də belə gəlir. İndi (13 avqust) sənin varlığını əvvəllər olduğu kimi hiss edirəm. Əvvəllər – yəni bir gün əvvəlmi???
Bu sualın cavabını düşünüb özümü ağrıtmaq istəmirəm, həmişə ağrımaqdan zəhləm gedib. İndi də sənə ağlayıb-sızıldamayacam. Bugünlük bəsindi, düşünürəm. Sadəcə danışmaq istəyirəm səninlə. Bu günədək də belə danışdığım olub axı ürəyimdə (Zəng edə, mesaj yaza bilməyəndə çox vaxt belə danışıram dostlarla, bilirsən. Həmişə də əminlik var içimdə - onlar məni eşidir. Ya da, bəlkə, sözlərin tamam başqa bir xüsusiyyəti var, hə? Bəlkə, doğrudan, sözləri eşitməkdən özgə də necəsə hiss etmək olur, bilmirəm. Sən indi bunu məndən yaxşı bilməlisən. İndi məni hiss edirsən, bircə bunu bilirəm).
Səninlə belə söhbətlərimin biriydi, dekabrın 31-dən 1-nə keçən gecə il yeni təhvil olmuşdu. Evdəkiləri yuxuya verib, kefsiz, işsiz və demək ki, həm də pulsuz vaxtlarımda olduğu kimi, notbukumu qucağıma alıb dəhlizdə oturmuşdum. Həə, bu dəfə həm də sevgisizdim, bu hissin məni tərk etdiyi nadir anlardan biri idi. Niyəsə məhz sən yadıma düşdün, başqa heç kəslə danışmaq istəmədim, başqa hamıdan küsmüşdüm. “Bircə sən bilirsən” dedim əvvəl, sonra da köçürdüm kompyuterin yaddaşına:
Bircə sən bilirsən - gecələr
Qapı ilə necə oynayır külək.
Bircə sən bilirsən - bu hələ
Sabah səhərədək çəkəcək.
Sonra mənasız bir şəkildə utandım bunu məhz sənə yazdığımı göstərməyə, dedim, birdən düz anlamazlar (sən demə, mənim də belə mənasız komplekslərim varmış!!!). Və bir də sonuncu dəfə görüşəndə dedim bunu sənə. Nə yaxşı ki dedim...
Hə, o vaxt “Fərhad üçün” başlığını çıxardım və düz 6 ay bir bənddə ilişib qaldım. Bilmirəm niyə, niyə mənə elə gəlmişdi ki, qapının küləklə oynamasını səndən daha yaxşı heç kəs sezə bilməz. Bəlkə, o an mənə elə gəlmişdi ki, heç özüm də sənin qədər darıxmıram...
Sonra tamamlayacaqdım o parçanı, amma niyə yalan deyim ki, gerisini yazanda səni düşünməmişdim, səninlə danışmamışdım. Içimdəki sevgi yerindəydi bu dəfə...

----
Mənimlə roman yazacaqdın. Demişdin, başlamısan, göstərəcəksən mənə və mən də ritmə düşüb yazacam boynuma düşən hissəni. Özümə inanmasam da, sənə inanıram. Bax, elə bu yanaşı stulda mənə süjeti danışmağını xatırlayıram, dəli olmağım gəlir. Mən bunu yazacam, Fərhad. Bir az sakitləşəndən sonra – sənə layiq şəkildə. Söz verməkdən nə qədər qorxsam da, deyirəm, yazacam.
----
Sonuncu dəfə şəkillərini mən çəkdim – səsin hələ qulağımdadı, dedin ki, şəkildə yaxşı düşmürsən, fotogenik deyilsən. nə yaxşı zorla səni qalxıb Anarla, Qismətlə yanaşı durmağa məcbur elədim... Bilsəm, yenə çəkərdim, bir də, bir də...
Sonuncu dəfə mənim dəftərimə şeir yazdın, bilsəm deyərdim bu şeir oyununu bir az da uzadaq... sonra bir də... bir də... (Baxıram ki, Qismətin yazdıqlarını təkrarlayıram bəzən. Təbiidir, sənin ayrılığını hamımız eyni cür yaşayırıq - xatirələrimiz bir qədər fərqli olsa da)...
Bircə dəfə xətrinə dəydim, yadımdadı, səni qorumaq istədiyim üçün. Sənin darıxmağın keçəcək dedim, dedim ki, keçəcək, amma sonra yenə darıxacaqsan və sonra yenə keçəcək. Mənə yazdın ki, haqlıyam. Amma mən səhv etmişdim. Mənə həmişə elə gəlirdi ki, bu xroniki mərhələlər heç vaxt bitmir. Ölüm o qədər uzaq idi ki, mən həyatı əbədiyyətlə eyniləşdirirdim. İndi çox şey dəyişib, Fərhad, ölüm o qədər yaxındadır ki, mən hər dəqiqə kimisə itirəcəyimi gözləyirəm elə bil. Bu dəhşətdi, dostum...
***
Içimizin ən yaraşıqlısı, ən işıqlısı, ən istedadlısı, ən fədakarı... Bu “ən”ləri ard-arda düzməyin nə mənası. Tanımayanlar deyəcəklər, yoxsan deyə belə fikirləşirik. Tanıyanlar isə bilir...
Elə bilirəm yenə mənə zəng edəcəksən ki, İlham darıxır, Ağsudadır, bilməsin mən demişəm, götür ona bir mesaj yaz. Mən də zəng edəcəm və telefonda İlhamın gülüşünü eşidəcəm...
Amma Ilham hələ uzun müddət gülə bilməyəcək bundan sonra. Az qala iti belə gülməyə məcbur edən Anar Amin əvvəlki qədər duzlu-məzəli olmayacaq. Və mən heç vaxt sənin yanında olduğum qədər rahat, arxayın olmayacağam, qardaşım...

Sən işıqlı adam idin. Biz qaranlıqda işıq axtarmağı sevirdik səninlə. Məncə, səninlə bu dəfəki söhbətim də işıqla bitməlidi.
Qismət yazıb, komandamızın ən yaxşı oyunçusunu itirdik. Həəə, biz göstərəcəkdik ki, azərbaycanlılar komandada oynaya bilirlər. Düşünmürəm ki, sənin getməyin əlamətdir. Məncə, bu sınaqdır, sadəcə, biz sənsiz - ən yaxşı oyunçusuz oynamalı olacağıq – sənə qırmızı kart göstərdilər, biz indi oyunu sənsiz davam etdirməliyik...
Biz yerdə sənin üçün dua edirik, sən də bizə uğur arzula göylərdən...
Buna ehtiyacımız var, dostum...
13-16 avqust
Qismət - Ah

Fərhad gülərdi, ah, necə gülərdi... Elə bilirəm ki, indi bu dəqiqə zəng gələcək və mən telefonuma baxacam ki, ekranda yazılıb : Fərhad Mete. Götürəcəm telefonu və biz vədələşəcəyik ki, bir saatdan sonra Şirzadın kafesində görüşək. Mən ora çatanda yenə görəcəm ki, əynində bozumtul cins şalvar, ağ köynək həmişəki kimi məndən tez gəlib. Əl uzadıb üzündən öpəcəm. Sonra dağboylu dostum qıvırcıq saçlı başını aşağı əyib deyəcək ki : "müəllim nə var, nə yox ?"
Elə bilirəm, bir azdan Səlim də, Rəbiqə də, Anar Amin də, Elvin də gələcək və Fərhad o məşhur lətifəni yenidən danışacaq.
... Bir gün polis narkomanı zooparkın yanında növbəti dəfə iynə vuranda tutur.
- Yenə vurursan ?
- Yox rəis, həkim dərman yazıb.
- Gedək bu dəqiqə yoxlayarıq.
Polis narkomanı kenquru olan qəfəsin yanına gətirib deyir :
- De, görüm nədir bu? Narkoman cavab verir: Rəis, bu dovşandı, olar da 35-40 yaşı...
Biz ilk dəfə eşidəcəyik o lətifəni, güləcəyik. O da güləcək. Güləcək, ah, necə güləcək... Sonra bir də... sonra bir də ... sonra bir də... və bu sonzuluğa qədər uzanacaq. Və biz qoymayacayıq Fərhad yanımızdan getsin. Ona lətifə danışdırıb, şeir oxutdurub vaxtı uzadacağıq ki, Fərhad getməsin. Amma...
Elə bilirəm, yenə Anar Amin Fərhadla zarafatlaşıb deyəcək ki, Fərhad məndən böyük şairdi, ancaq yaşca və boyca.
Fərhad şeir yazardı, ah, necə yazardı...
Elə bil, bir saat bundan öncəydi... Bulvarda Fərhad Mete, Rəbiqə, Anar Amin, Vüsal Nuru, Elvin və mən Rəbiqənin dəftərinə adama misra olmaq şərtiylə şeir yazırdıq. Fərhad sonuncu iki misrasını orda yazdı :
" Ayçiçəyi gözümə dalğa-dalğa" və "Düşdü gözümdə yuxular yaş kimi"...
Məndə olan şeirlərinə baxıram. Ağlamaq tutur. Üzünüzü o yana tutun, siz bu yazını oxuya-oxuya mən ağlaya bilmərəm, bilmərəm...
Şeirlərindən biri belə başlayır: "Bütün acı xəbərlər gecə saatlarında gəlir"... Bir başqası belə: "Sadəcə gedişin deyil yoxluğun"... Və sonuncu tamamlayıb bizə oxuduğu şeirində təkrarlanan bu misralar varıydı: "Allah məni öldürsün"...
Fərhad, sən indi Əlini qucaqlayıb ağladığım, Anara sarılıb hönkürdüyüm, hamıya "Fərhadı itirdik" deyə mesaj yazdığım ağlasığmazlıqsan, dözülməzliksən. Dostum, gözümüzdən yaş, əlimizdən gələnlər nə qədər gəlirsə səni unutmayacayıq. Bütün gənc ədiblər məktəbi, dostların, hamımız səni çox sevirik və həmişə də sevəcəyik.
P.S. Müjdat Gəzən Kamal Sunal vəfat eləyəndə səhnədən belə demişdi : O bizim komandanın ən yaxşı oyunçusuydu. Amma hakim ona qırmızı kart göstərdi. Soyunub-geyinmə otağında görüşərik, dostum. Görüşərik, dostum...
Подписаться на:
Сообщения (Atom)